Rusiya Belarusa neft nəqlini azalda bilər

Rusiya Belarusa neft nəqlini azalda bilər Əgər yeni qrafik saxlanılarsa, Belarus bu il Rusiyadan 2 mln. ton az neft alacaq
Energetika
9 Yanvar , 2017 13:29
Rusiya Belarusa neft nəqlini azalda bilər

Bakı. 9 yanvar. REPORT.AZ/ Rusiya 2017-ci ilin I rübündə Belarusa neft nəqlini 4,5 mln. tondan 4 mln. tona qədər azaltmağı planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti özəl mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, bu plan tərəflərin 2016-cı ilin sonuna Belarusun qaza görə 400 mln. dollardan çox borcu ilə bağlı məsələnin həllində razılığa gəlməməsindən sonra meydana çıxıb. Belarusa yeni qrafik dekabrın 28-də təqdim olunub. Qəzetin məlumatına görə, Belarus tərəfi Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçə narazılığını bildirib. Əgər yeni qrafik saxlanılarsa, Belarus bu il 18 mln. ton Rusiya nefti əvəzinə 16 mln. ton neft alacaq.

Rusiya Energeika Nazirliyindən isə məsələ ilə bağlı hər hansı şərh verilməyib.

Son xəbərlər

Orphus sistemi