Yuxarı

Rusiya baş nazirinin müavini: "Neftin qiymətinin azalması uzunmüddətli olmayacaq"

Dvorkoviçin fikrincə, hasilata yatırılan sərmayənin azalması neftin qiymətinin qalxmasıyla nəticələnəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç neft hasilatına yatırılan sərmayənin azalması ilə neftin qiymətinin qalxacağını gözləyir. "Report" TASS-a istinadən xəbər verir ki, belə bir proqnozu o, "Rossiya 24" telekanalına müsahibəsində verib.

"Hesab edirəm ki, neftin qiymətinin azalması uzun müddət davam edə bilməz. Çünki müəyyən müddətdən sonra şirkətlər belə qiymətə tam hasilat etməyəcək. Neft azalarsa, tələb artacaq. Onda qiymətlər də qalxacaq", - baş nazirin müavini bildirib.

Qeyd edək ki, "Brent" markalı neftin dəyəri 2014-cü ilin iyunundakı rekord həddən artıq 70 % ucuzdur. 2015-ci ilin dekabr ayında "Brent" 2004-cü ildən bəri ən aşağı qiymətə - bir bareli 36 dollara satılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi