Rusiya Bankı 2018-ci il üçün neftin qiymət proqnozunu artırıb

Rusiya Bankı 2018-ci il üçün neftin qiymət proqnozunu artırıb Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı 2018-ci ilin baza ssenarisində neftin qiyməti üzrə proqnozunu 44 dollar/bareldən, təxminən, 55 dollar/barelə qədər artırıb.
Energetika
15 Dekabr , 2017 18:03
Rusiya Bankı 2018-ci il üçün neftin qiymət proqnozunu artırıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı 2018-ci ilin baza ssenarisində neftin qiyməti üzrə proqnozunu 44 dollar/bareldən, təxminən, 55 dollar/barelə qədər artırıb.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bankın sədri Elvira Nabiullina bildirib.

“Biz baza ssenarisində 2018-ci il üzrə neftin qiymətini qaldırmışıq. OPEC-in son vaxtlar əldə etdiyi razılığı nəzərə alaraq, gələn il neftin qiyməti üzrə proqnozu 44 dollar/barel əvəzinə bu ilin orta göstəricisinə yaxın - 55 dollar/barelə qədər artırmışıq. Bununla belə, ortamüddətli perspektivdə mühafizəkar yanaşmadan imtina etmək üçün əsasımız yoxdur”, - deyə o əlavə edib.


Son xəbərlər

Orphus sistemi