Yuxarı

​Rusiya Azərbaycana qaz ixrac etmək niyyətindədir - YENİLƏNİB

Qazprom şirkəti bununla bağlı danışıqlara hazırlaşır

İlk xəbər saat 13:52-də verilib

Bakı. 31 may. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti Azərbaycana təbii qazın mümkün nəqli ilə bağlı rəsmi Bakı ilə danışıqlar aparmaq niyyətindədir.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı danışıqlar artıq bu ilin iyun ayında baş tutacaq.

***

"Qazprom"un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev mətbuat konfransında bildirib ki, Azərbaycan tərəfinin Rusiya qazının alınmasına marağı var: "Yaxın vaxtlarda, hətta ola bilər ki, Peterburq iqtisadi forumunda növbəti görüş keçirilsin və Azərbaycan tərəfinin tələbatı dəqiqləşdirilsin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi