Rusiya Avropa İttifaqı ilə razılaşma olmadan "Türk axını"nın inşasını davam etdirməyəcək

Rusiya Avropa İttifaqı ilə razılaşma olmadan "Türk axını"nın inşasını davam etdirməyəcək Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya Türk axınının ikinci boru xəttinin inşası işlərini ancaq Avropa İttifaqının (Aİ) hüquqi zəmanəti olduqdan sonra davam etdirəcək.
Energetika
1 Noyabr , 2017 17:29
Rusiya Avropa İttifaqı ilə razılaşma olmadan Türk axınının inşasını davam etdirməyəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Rusiya "Türk axını"nın ikinci boru xəttinin inşası işlərini ancaq Avropa İttifaqının (Aİ) hüquqi zəmanəti olduqdan sonra davam etdirəcək.

"Report" "Vedomosti" qəzetinə istinadən bildirir ki, bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən verilib.

"Türk axını"nın ikinci boru xətti Cənubi və Cənub-Şərqi Avropa ölkələrinin artan qaz tələbatını qarşılaya bilər. Amma "Cənub axını" layihəsinin acı nəticələri nəzərə alınaraq rəsmi Brüsseldən zəmanət olduqdan sonra işə başlaya bilərik", - deyə Lavrov qeyd edib.

"Moskva bilməlidir ki, Aİ işlər bitdikdə və boru xətti Avropa infrastrukturuna birləşdirmək məqamı çatdıqda heç bir maneə yaratmayacaq. Bu zəmanət indi lazımdır və öhdəlik xarakteri daşımalıdır", - deyə nazirin sözlərini məmurlardan biri şərh edərkən bildirib.

"Türk axını" Qara dənizin altından keçən iki boru kəmərindən ibarətdir. Onların inşası 2019-cu ilə bitə bilər. Layihənin dəyəri isə 6 mlrd. avro (7 mlrd. dollar) təşkil edir. Layihənin dənizin altından keçən hissəsi 900 km, ötürücülük qabiliyyəti isə illik 15,75 mlrd. kubmetrdir. Kəmərlərdən biri Türkiyənin qaz ehtiyacını qarşılamaq üçün inşa edilir. Bu xətlə hazırda Ukrayna üzərindən gedən qazın göndəriləcəyi gözlənilir. Digər xətlə isə Avropaya qazın ötürülməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi