Yuxarı
    Bağlamaq

    ​Rusiya Almaniyaya yeni qaz kəməri inşa edəcək

    Sankt-Peterburqda keçirilən beynəlxalq konfransda bununla bağlı ilkin protokol imzalanıb

    Bakı. 19 iyun. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC B.Britaniyanın "Shell", Avstriyanın OMV və Almaniyanın "E.ON" şirkətləri ilə Baltik dənizindən Almaniyaya qaz xəttinin çəkilməsi ilə bağlı razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə Rusiyanın "Sputnik" agentliyi məlumat yayıb.

    Məlumata görə, iyunun 18-də Sankt-Peterburqda işə başlayan beynəlxalq enerji konfransında 4 şirkətin rəsmiləri ilkin protokolu imzalayıblar.

    Şirkətlər Avropaya qazın çatdırılması üçün yaxın zamanda pay bölgüsü məsələsini müzakirə edəcək. "Qazprom"un layihədə ən azı 51% paya sahib olacağı gözlənilir və boru xəttinin illik 55 mlrd. kubmetr tutuma malik olacağı açıqlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi