Rusiya 2017-ci ildə neftin qiymətini 55-60 dollar civarında proqnozlaşdırır

Rusiya 2017-ci ildə neftin qiymətini 55-60 dollar civarında proqnozlaşdırır Bu barədə ölkənin energetika naziri açıqlama verib
Energetika
7 Mart , 2017 01:50
Rusiya 2017-ci ildə neftin qiymətini 55-60 dollar civarında proqnozlaşdırır

Bakı. 7 mart. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyi 2017-ci ildə neftin qiymətinin bir barelə görə 55-60 dollar səviyyəsində olacağını gözləyir.

"Report" xəbər verir ki, bunu bazar ertəsi "CERAWeek" energetika konfransı çərçivəsində keçirilən brifinq zamanı Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Biz neftin qiymətinin təqribən 55-60 dollar civarında (bir barelə görə – red.) formalaşacağını proqnozlaşdırırıq. Bunun yaxşı və ya pis olduğunu ilk növbədə bazar deyəcək", — deyə Novak bildirib.

Son xəbərlər

Orphus sistemi