Rusiya ötən ilin 11 ayında neft ixracından 112 milyard dollar gəlir əldə edib

Rusiya ötən ilin 11 ayında neft ixracından 112 milyard dollar gəlir əldə edib 2019-cu ilin yanvar-noyabr aylarında Rusiya neft ixracından 112 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Energetika
14 Yanvar , 2020 15:58
Rusiya ötən ilin 11 ayında neft ixracından 112 milyard dollar gəlir əldə edib

2019-cu ilin yanvar-noyabr aylarında Rusiya neft ixracından 112 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. 

"Report" Rusiya Federal Gömrük Xidmətinə istinadən xəbər verir ki, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,8% çoxdur. 

11 ay ərzində qonşu ölkənin təbii qaz ixracından əldə etdiyi gəlirin məbləği isə illik müqayisədə 15,4% azalaraq 37,7 milyard dollara düşüb. 

Qeyd edək ki, hesabat dövründə Rusiya 245,9 milyon ton "qara qızıl" (3,8% çox), 199 milyard kubmetr "mavi yanacaq" (11,6% az) ixrac edib. 

Son xəbərlər

Orphus sistemi