Yuxarı
    Bağlamaq

    Rumıniyanın "Transgaz" şirkətinin rəhbəri Azərbaycana gələcək

    Nümayəndə heyəti Xəzər neft və qaz illik beynəlxalq sərgidə iştirak edəcək© Courtesy İmage

    Buxarest. 31 may. REPORT.AZ/ Rumıniyanın “Transgaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

    “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, nümayəndə heyəti Bakıda keçiriləcək "Xəzər neft və qaz" illik beynəlxalq sərgidə iştirak edəcək.

    “Transgaz” şirkətinin Direktorlar Şurasının sədri İon Sterianın Azərbaycana səfəri çərçivəsində hökumət rəsmiləri ilə də görüşəcək.

    Qeyd edək ki, 24-cü "Xəzər neft və qaz" beynəlxalq sərgisi və konfransı - "Caspian Oil&Gas-2017" mayın 31-dən iyunun 3-dək davam edəcək.

    Xatırladaq ki, ötən ilin iyulunda Rumıniya nümayəndə heyətinin Azərbaycana səfəri zamanı SOCAR və “Transgaz” arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi