Rumıniyanın "Transgaz" şirkəti "Vestmoldtransgaz"ı özəlləşdirib

Rumıniyanın "Transgaz" şirkəti "Vestmoldtransgaz"ı özəlləşdirib Şirkət 2 il müddətində qaz kəmərinin tikintisinə 93 milyon avro xərcləyəcək
Energetika
28 Fevral , 2018 08:36
Rumıniyanın Transgaz şirkəti Vestmoldtransgazı özəlləşdirib

Buxarest. 28 fevral. REPORT.AZ/ Rumıniyanın milli qazpaylayıcı şəbəkəsinin operatoru olan “Transgaz” şirkəti Moldovanın “Vestmoldtransgaz” şirkətinin özəlləşdirilməsi məqsədilə elan edilən tenderin qalib olub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Moldovanın baş naziri Pavel Filip rumın həmkarı Viorika Dançila ilə Kişinyovda keçirdiyi mətbuat konfransında deyib.

“Fevralın 26-da özəlləşdirmə komissiyası müsabiqənin nəticələrini açıqlayıb. “İasi-Ungheni” qaz xəttinin operatoru olan “Vestmoldtransgaz” şirkətinin özəlləşdirilməsilə bağlı elan edilən tenderin qalibi Rumıniya “Transgaz”ının törəmə şirkəti olan “Eurotransgaz” olub”, - deyə baş nazir bildirib.

Qalib şirkət Buxarestlə Kişinyovu birləşdirəcək “Ungheni-Kişinyov” qaz kəmərinin tikintisinə 93 milyona avro ayırmaqla yanaşı, işlərin 2 il müddətinə yekunlaşdırılmasını bəyan edib. Beləliklə, 2019-cu ildən Rumıniyadan Moldovaya mavi yanacağın nəqlinə start veriləcək. Uzunluğu 120 km olan “Ungheni-Kişinyov” qaz kəməri layihəsinin ümumi dəyəri təqribən 100 milyon avrodur. Kəmərin illik ötürücü gücü 1,5-2 milyard kubmetr qaz olacaq. Sözügedən layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa Komissiyası və AvroİnvestBank maliyyələşdirəcək. Artıq AYİB Moldovaya 41 milyon, Avropa Komissiyası isə 10 milyon avro vəsaitin ayrılması barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi