Rumıniyanın nüfuzlu maliyyə qəzeti SOCAR-ın Rumıniyadakı törəmə şirkətinin inkişafından yazıb

Rumıniyanın nüfuzlu maliyyə qəzeti SOCAR-ın Rumıniyadakı törəmə şirkətinin inkişafından yazıb Bakı. 21 iyun. REPORT.AZ/ Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”ın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazıb.
Energetika
21 İyun , 2018 10:01
Rumıniyanın nüfuzlu maliyyə qəzeti SOCAR-ın Rumıniyadakı törəmə şirkətinin inkişafından yazıb
0 : 00
0 : 00

Bakı. 21 iyun. REPORT.AZ/ Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”ın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazıb.

"Report"un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, məqalədə qeyd edilir ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən, 309 milyon manat) təşkil edib. 

Rumıniyada 39 yanacaqdoldurma məntəqələrinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir. Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqələrində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb. Bu isə 2016-cı illə müqayisədə 10 faiz artıq göstərici deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridir.

Son xəbərlər

Orphus sistemi