Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib

Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib Bakı. 19 fevral. REPORT.AZ/ Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, “Transgaz” və “Romgaz” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.
Energetika
19 Fevral , 2019 16:46
Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib

Bakı. 19 fevral. REPORT.AZ/ Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, “Transgaz” və “Romgaz” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Energetika Nazirliyində olub.

Nazirlikdən “Report”a verilən məlumata görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında artıq ikinci dəfə iştirak etdiyini deyən L.R.Tudorake ölkəsinin layihəyə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. L.R.Tudorake deyib ki, Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır.

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb. Nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi bu layihə dəhlizdir. Bu isə gələcəkdə istehsalçı, istehlakçı və tranzit ölkələrin şaxələnməsinə imkan yaradır.

Söhbət zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib.

Görüşdə həmçinin Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanları da müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi