"Royal Dutch Shell" Venesuelada PDSVA ilə birgə müəssisədəki payını satır

"Royal Dutch Shell" Venesuelada PDSVA ilə birgə müəssisədəki payını satır Bakı. 12 oktyabr. REPORT.AZ/ Hollandiya-Böyük Britaniya konserni Royal Dutch Shell Venesuelada birgə müəssisədə payını Fransanın Maurel&Prom neft şirkətinə satışı ilə bağlı danışıqlara başlayıb.
Energetika
12 Oktyabr , 2018 11:29
Royal Dutch Shell Venesuelada PDSVA ilə birgə müəssisədəki payını satır
0 : 00
0 : 00

Bakı. 12 oktyabr. REPORT.AZ/ Hollandiya-Böyük Britaniya konserni "Royal Dutch Shell" Venesuelada birgə müəssisədə payını Fransanın "Maurel&Prom" neft şirkətinə satışı ilə bağlı danışıqlara başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç mənbəyə istinadən məlumat verir.

Agentliyin məlumatına görə, "Royal Dutch Shell" Venesuela Dövlət Neft-Qaz Şirkəti (PDVSA) ilə birgə müəssisədəki 40%-lik payını satmaq istəyir. Qeyd olunur ki, konsern bu yolla Venesueladakı neft biznesinin miqyasını azaltmaq və qaz sektoruna diqqət ayırmaq niyyətindədir.

Qeyd edək ki, "Royal Dutch Shell" konserni dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən energetika və neft-kimya şirkətlərini özündə birləşdirir.

Son xəbərlər

Orphus sistemi