Yuxarı

​Rövnəq Abdullayev: "İnanırıq ki, 2020-ci ilədək dünya enerji bazarında qiymətlər stabilləşəcək"

SOCAR və BP şirkətlərinin hesablamalarına əsasən, 2020-ci ilədək dünya bazarında qiymətlərin normallaşacağı gözlənilir

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP şirkətinin apardığı hesablamalara görə, 2020-ci ilədək dünya bazarında enerjidaşıyıcılarının qiyməti normallaşacaq. 

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Bilirsiniz ki, qazın qiyməti xüsusi düsturla hesablanır və neftin də, qazın da qiyməti səbətdən asılıdır. İnanırıq ki, Avropaya 2020-ci ildə ilk qazımızı nəql edənə qədər qiymətlər stabilləşəcək", - SOCAR prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi