​Rövnəq Abdullayev: "TANAP-ın 7%-nin "SOCAR Turkey"ə satılması maliyyələşmə pobleminin həlli üçündür"

​Rövnəq Abdullayev: "TANAP-ın 7%-nin "SOCAR Turkey"ə satılması maliyyələşmə pobleminin həlli üçündür" SOCAR cəlb olunan əlavə vəsaitləri bank kreditlərinin qaytarılması və yeni layihələrin maliyyələşməsinə sərf edəcək
Energetika
14 Sentyabr , 2015 13:38
​Rövnəq Abdullayev: TANAP-ın 7%-nin SOCAR Turkeyə satılması maliyyələşmə pobleminin həlli üçündür

Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazı Türkiyəyə nəql edəcək Trans-Anadolu boru kəməri (TANAP) layihəsində SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) törəmə qurumu olan "SOCAR Turkey"ə 7%-lik iştirak payının satılması maliyyələşmə probleminin həlli üçün edilən dəyişiklikdir. "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib: "TANAP-da SOCAR-ın 58%-lik payının 7%-ni "SOCAR Turkey" şirkətinə veririk ki, buradan maliyyəşməni həyata keçirək".

"Bu, spesifik keçidlərdir. Bu, həm də aktivlərin böyüməsi ilə "SOCAR Turkey"in böyüməsi deməkdir. Bilirsiniz ki, bu yaxınlarda şirkətin 13%-ni 1,3 mlrd. dollara "Goldman Sachs" bankına satışını təmin etdik. Bu vəsait də SOCAR-ın banklardan götürdüyü kreditlərin qaytarılmasına və yeni layihələrin maliyyələşməsinə sərf olunacaq", - R.Abdullayev əlavə edib.

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin strukturuna əsasən, "SOCAR Turkey Energy A.Ş."nin 87%-i SOCAR-a aiddir. Bu ilin avqust ayında isə "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") 1,3 mlrd. dollara "SOCAR Turkey"də 13% pay alıb.

Xatırladaq ki, TANAP layihəsində SOCAR-ın 58%, BOTAŞ-ın 30%, BP-nin 12% payı var.

Son xəbərlər

Orphus sistemi