Rövnəq Abdullayev: “TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək”

Rövnəq Abdullayev: “TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək” Bakı. 12 iyun. REPORT.AZ/ Əminəm ki, Trans Anadolu Boru Kəməri (TANAP) Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək.
Energetika
12 İyun , 2018 20:40
Rövnəq Abdullayev: “TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək”
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "Əminəm ki, Trans Anadolu Boru Kəməri (TANAP) Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək".

“Report” xəbər verir ki, bunu Eskişehirin Seyidqazi ərazisində (Türkiyə) TANAP-ın birinci hissəsinin açılış mərasimində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb: “Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq və əməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm”.

Son xəbərlər

Orphus sistemi