Rövnəq Abdullayev: "Şahdəniz" layihəsində yerli şirkətlərə və kadrlara üstünlük verilir"

Rövnəq Abdullayev: "Şahdəniz" layihəsində yerli şirkətlərə və kadrlara üstünlük verilir" SOCAR prezidenti Bakı Ali Neft Məktəbində keçirilən tədbirə qatılıb
Energetika
15 Sentyabr , 2016 11:38
Rövnəq Abdullayev: Şahdəniz layihəsində yerli şirkətlərə və kadrlara üstünlük verilir

Bakı. 15 sentyabr. REPORT.AZ/ "BP-yə təşəkkür edirəm ki, "Şahdəniz" layihəsi çərçivəsində elan edilən bütün tenderlərdə əsas üstünlüyü yerli şirkətlərə verir. Sevindirici haldır ki, bu rəqəm təxminən 97% civarındadır". "Report" xəbər verir ki, bunu bu gün Bakı Ali Neft Məktəbində (BANM) keçirilən tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, bu gün neft sənayesində çalışmaq üçün yerli kadrlar kifayət qədərdir: "Mən xatırlayıram, əvvəllər biz işlərin 90-95%-ni xarici mütəxəssislərin köməyi ilə görürdük. Amma indi 20-25 mlrd. dollarlıq "Şahdəniz" layihəsində işlərin əsas hissəsini yerli mütəxəssislər yerinə yetirir".

R.Abdullayev əlavə edib ki, BANM-ın kampusu bu günə qədər tikilib təhvil verilməsə də, ilin sonuna qədər işlər başa çatdırılacaq. SOCAR rəhbəri tikintinin yubanmasını belə izah edib: "Kampus biz gözlədiyimizdən də geniş və gözəl tikilir. Məhz bu səbəbdən işlər bir qədər yubanır. Amma əmin edirəm ki, artıq növbəti semestrdən tələbələr dərslərini yeni kampusda keçəcəklər".

Son xəbərlər

Orphus sistemi