Rövnəq Abdullayev: “Neft mədənlərinin yaxınlığında ev tikmək təhlükəlidir”

Rövnəq Abdullayev: “Neft mədənlərinin yaxınlığında ev tikmək təhlükəlidir” “Masazırın bəzi yerlərində yeraltı qrunt qazsızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir”
Energetika
12 Sentyabr , 2015 17:53
Rövnəq Abdullayev: “Neft mədənlərinin yaxınlığında ev tikmək təhlükəlidir”

Bakı. 12 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsindəki yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib.

“Report”un AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Ağdaşda kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibə verən Rövnəq Abdullayev bildirib ki, evlərin altından sızan şist qazdır: “Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır”.

SOCAR-ın prezidenti deyib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. Məlumdur ki, Abşeron rayonu, eləcə də Masazır qəsəbəsi qaz sızmaları olan bir ərazidir. Neçə illərdir ki, Azərbaycan Dövlət Neft Şirkəti həmin ərazilərdəki neft və qazçıxarma mədənlərinin yaxınlığında qanunsuz olaraq evlərin tikilməsinin çox təhlükəli olduğunu bəyan edir. Mən bununla bağlı dəfələrlə çıxış edərək əhaliyə müraciət etmişəm. Masazırın bəzi yerlərində yeraltı qrunt qazsızmaları mövcuddur və ərazi yaşayış üçün təhlükəlidir. Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə Fövqəladə Hallar Nazirliyi, SOCAR, AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə bir neçə dəfə baxış keçirib, yoxlama işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi