Rövnəq Abdullayev: "Layihələrin başa çatması ilə SOCAR qlobal şirkət olaraq yeni dövrünü yaşamağa başlayacaq"

Rövnəq Abdullayev: "Layihələrin başa çatması ilə SOCAR qlobal şirkət olaraq yeni dövrünü yaşamağa başlayacaq" SOCAR prezidenti: "Hazırda böyük layihələr həyata keçiririk və bu layihələr üzrə işlər başa çatmaq üzədir"
Energetika
15 Mart , 2017 17:16
Rövnəq Abdullayev: Layihələrin başa çatması ilə SOCAR qlobal şirkət olaraq yeni dövrünü yaşamağa başlayacaq
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ "Hazırda böyük layihələr həyata keçiririk və bu layihələr üzrə işlər başa çatmaq üzrədir. Həm Azərbaycanda inşa olunan “SOCAR Polymer” zavodunun, karbamid zavodunun, həm də Türkiyədə həyata keçirdiyimiz "STAR" neft emalı zavodunun inşasının başa çatdırılması böyük maliyyə imkanları yaradacaq".

“Report” xəbər verir ki, bunu bu gün SOCAR prezidenti Rövnəq Abdullayev ötən il sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunan 41 nəfər neft sənayesi işçilərinin təltifetmə mərasimində bildirib.

R.Abdullayev qeyd edib ki, bundan sonra SOCAR qlobal şirkət olaraq yeni dövrünü yaşamağa başlayacaq.

Son xəbərlər

Orphus sistemi