​Rövnəq Abdullayev: "İnanırıq ki, Kanadada müəyyən işlər görmək olar"

​Rövnəq Abdullayev: "İnanırıq ki, Kanadada müəyyən işlər görmək olar" SOCAR artıq bununla bağlı müvafiq hazırlıq işlərinə başlayıb
Energetika
29 Oktyabr , 2015 12:13
​Rövnəq Abdullayev: İnanırıq ki, Kanadada müəyyən işlər görmək olar

Bakı. 29 oktyabr. REPORT.AZ/ Kanadada ofis açmaq üçün "SOCAR Trading" şirkəti aktiv işlərə başlayıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, bu ölkədə SOCAR müəyyən biznes əlaqələri qurub: "İnanırıq ki, Kanadanın neft sənayesində müəyyən işlər görmək olar və bunun üçün də hazırlıq görürük".

"Bilirsiniz ki, neftin qiyməti düşdükdən sonra müəyyən dəyişikliklər baş verir. Kanadada uzunmüddətli, amma ağır çıxarıla bilən ehtiyatlar var. Düşünürük ki, orada bununla məşğul olmaq olar", - deyə SOCAR rəhbəri bildirib.

Xatırladaq ki, SOCAR-ın nümayəndəliyi Kanadanın Kalqari şəhərində yerləşəcək. SOCAR-ın bu ölkədə nümayəndəlik açması beynəlxalq bazarlarda faəliyyətini genişləndirməsi planları çərçivəsində həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi