Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə "Şahdəniz-2" layihəsini müzakirə edib

Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə "Şahdəniz-2" layihəsini müzakirə edib Sözü gedən layihənin reallaşmasında Gürcüstanın rolu xüsusi ilə qeyd olunub
Energetika
26 Dekabr , 2014 02:02
Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə Şahdəniz-2 layihəsini müzakirə edib

Bakı. 26 dekabr. REPORT.AZ/Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə Tbilisidə bir araya gəlib.

"Report"-un Gürcüstan hökümətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2014-cü ilin yekunlarına həsr olunmuş görüşün əvvəlində Rövnəq Abdullayev İrakli Qaribaşviliyə Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırıb.

Tərəflər daha sonra "Şahdəniz-2" layihəsi ətrafında fikir mübadiləsi aparıblar. Sözü gedən layihənin reallaşmasında Gürcüstanın rolu xüsusi ilə qeyd olunub.

Görüşdə SOCAR Petrolium Georgia-nın baş direktoru Mahir Məmmədov və ölkəmizin Tiflisdəki səfiri Azər Hüseyn iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi