​Rövnəq Abdullayev: "SOCAR-ın gələcəkdə də likvidliklə bağlı problemi gözlənilmir"

​Rövnəq Abdullayev: "SOCAR-ın gələcəkdə də likvidliklə bağlı problemi gözlənilmir" Azərbaycan perspektivdə Hindistan və Pakistana da enerji ixracı planlaşdırır
Energetika
7 Oktyabr , 2015 16:25
​Rövnəq Abdullayev: SOCAR-ın gələcəkdə də likvidliklə bağlı problemi gözlənilmir

Bakı. 7 oktyabr. REPORT.AZ/ Dünya enerji bazarında qiymətlərin düşməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həyata keçirdiyi böyük layihələrə təsir etməyib. "Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev İtaliya mətbuatına müsahibəsində bildirib.

R.Abdullayev qeyd edib ki, gələcəkdə də şirkətin likvidliklə bağlı problemi gözlənilmir. SOCAR prezidenti bu yaxınlarda Azərbaycan Mərkəzi Bankı tərəfindən təxminən 2 mlrd. dollara yaxın maliyyələşmə həyata keçirildiyini deyib.

R.Abdullayev müsahibəsində Azərbaycanın "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənilməsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsindən də danışaraq vurğulayıb ki, ilkin mərhələdə 16 mlrd. kubmetr həcmdə müəyyənləşdirilən ixrac sonradan 30 mlrd. kubmetrə çatdırıla bilər.

Türkmənistan və İran qazının bu layihəyə cəlb edilməsi məsələsinə gəlincə isə SOCAR başçısı bununla bağlı hələ yenilik olmadığını bildirib.

O, müsahibəsində həmçinin gələcəkdə Hindistan və Pakistana da enerji ixracının mümkünlüyündən danışıb.

R.Abdullayev "Qazprom" şirkəti ilə bu yaxınlarda əldə edilən razılaşmadan da danışaraq qeyd edib ki, "swop" rejimi əsasında "Qazprom" şirkətinin nəql etdiyi qaz SOCAR-ın qaz anbarlarına vurulacaq və SOCAR Rusiyanın cənub hissəsinə qaz nəql edəcək: "Bundan başqa, "Qazprom" Azərbaycanda bəzi istehlakçılara aşağı qiymətlə qaz satır".

Bundan başqa, Dövlət Neft Şirkətinin rəhbəri qeyd edib ki, SOCAR-ın və Azərbaycanın məqsədi bu cür dəyişikliklə qaz bazarında strateji mərkəz olmaqdır: "Buna görə də qaz anbarları sahəsində imkanlarımızı genişləndiririk və bu da bizim bu sahədə müqavilələrimizin artmasına kömək edəcək".

Son xəbərlər

Orphus sistemi