Azərbaycan İrana qaz ötürülməsi layihəsinə yenidən baxacaq

Azərbaycan İrana qaz ötürülməsi layihəsinə yenidən baxacaq R.Abdullayev İrana qaz satışı ilə bağlı dondurulmuş layihəyə yenidən baxılacağını açıqlayıb
Energetika
20 İyul , 2015 09:58
Azərbaycan İrana qaz ötürülməsi layihəsinə yenidən baxacaq

Bakı. 20 iyul. REPORT.AZ/ Azərbaycan qaz anbarlarının böyük imkanları var. İranın yayda yığılan texniki qazının Azərbaycan qaz anbarlarında saxlanılması və qışda yenidən onlara qaytarılması üçün müzakirələr gedir.

"Report" xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev İrana qaz satışı ilə bağlı dondurulmuş layihəyə yenidən baxılacağını açıqlayıb: "2009-cu ildə İrana qaz satışı üzrə müqavilə imzalamışdıq. Bununla bağlı hələ Astarada kompressor stansiyası da tikdik və cənab Prezident də onun açılışını etdi. Məqsəd həm Naxçıvanın qazla təminatını yaxşılaşdırmaq, həm də əlavə qazın İrana satışını həyata keçirmək idi. Amma sanksiyalar başladı və ödəniş problemləri yarandığı üçün biz onu dondurduq. Bu layihəyə də yenidən baxacağıq".

SOCAR rəsmisi həmçinin İran qazının Azərbaycan qaz anbarlarında saxlanılması məsələsinə də aydınlıq gətirib: "Azərbaycanın qaz anbarlarında imkanlar çox genişdir. 2008-ci ildən sonra biz bura investisiya yatırdıq və qaz anbarlarının həcmini 800 mln. kubmetrdən 3,5 mlrd. kubmetrə çatdırdıq. Hətta bu qaz anbarlarının həcmi 5-6 mlrd. kubmetrə bərabərdir. Bizə bu qədər həcmi tam istifadə etməyə ehtiyac yoxdur, amma İranın buna ehtiyacı var. Bu baxımdan İranın yay qazının texniki qaz kimi yığılması və qışda yenidən İrana qaytarılması məsələləri ətrafında müzakirələr gedir". 

Son xəbərlər

Orphus sistemi