Rövnəq Abdullayev: “2020-2021-ci illərdə yeni yataqlardan ilk məhsul əldə ediləcək”

Rövnəq Abdullayev: “2020-2021-ci illərdə yeni yataqlardan ilk məhsul əldə ediləcək” “Qarabağ” yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanılıb
Energetika
6 Aprel , 2018 14:49
Rövnəq Abdullayev: “2020-2021-ci illərdə yeni yataqlardan ilk məhsul əldə ediləcək”
SOCAR prezidenti Rövnəq Abdullayev / Report

Bakı. 6 aprel. REPORT.AZ/ “Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

“Neftçilərimiz “Qarabağ”, “Ümid-Babək”, “Abşeron” və digər yeni perspektivli sahələrin işlənməsi sayəsində neft hasilatının sabit saxlanılması, qaz hasilatının isə artırılması əzmindədirlər. Yeni yataqların işlənməsi ilə bağlı artıq bir çox mühüm qərarlar verilib”, - R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, “Abşeron” yatağında “Total” şirkəti ilə birgə işlərə start verilib, “Ümid” yatağının işlənməsinə başlanılıb. SOCAR prezidenti vurğulayıb ki, “Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanılıb: “SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir”. 

Son xəbərlər

Orphus sistemi