Yuxarı

​Rövnəq Abdullayev: "Güman ki, BP şirkəti AÇG-də operator qalacaq"

AÇG bloku üzrə yeni işlənmə proqramı hazırlanır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Xəzərin Azərbaycan hissəsində yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə gələcək işlənmə proqramı ilə bağlı danışıqlar aparılır. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib.

R.Abdullayev qeyd edib ki, hazırda bununla bağlı mütəxəssislər iş aparır və işlər başa çatdıqdan sonra tez zamanda müqavilə imzalanacaq: "2024-cü ilə qədər BP şirkəti AÇG-də operatordur. Güman ki, BP şirkəti yataqlar blokunda operator olaraq qalacaq".

Qeyd edək ki, "Azəri", "Çıraq", "Dərinsulu Günəşli" yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında saziş 1994-cü il sentyabrın 20-də Bakıda imzalanıb. Müqavilənin müddəti 30 ildir. AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), OVL (2,7%) şirkətləri iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi