Yuxarı
    Bağlamaq

    "Rosneft" Xəzər regionu və Orta Asiyada fəaliyyətini genişləndirmək niyyətindədir

    Şirkətin prezidenti İqor Seçin bununla bağlı Azərbaycana bir neçə dəfə səfər edib

    Bakı. 25 may. REPORT.AZ/ “Rosneft” şirkəti Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İranın neft və qaz potensialının araşdırılmasına 5 mln. rubl (təxminən 76 min ABŞ dolları) vəsait ayrımağı planlaşdırır. “Report” xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzeti xəbər yayıb.

    Eyni zamanda, “Rosneft” artıq Xəzər dənizi şelfinin Qazaxıstan sektorunda yerləşən “Kurmanqazı” strukturunun işlənməsi layihəsində iştirak edir. Bundan əlavə, şirkətin prezidenti İqor Seçin Azərbaycana bir neçə dəfə səfər edib və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevlə görüşərək Rusiya və Azərbaycanda neft hasilatı və emalı sahəsində birgə layihələrin icrasının perspektivlərini müzakirə edib.

    Ekspertlərin fikrincə, Asiya ölkələri və İran “Rosneft”in Çinə karbohidrogenlərin ixrac həcminin artırılması baxımından maraqlıdır.

    Ötən ilin sonunda “Rosneft” İranla bu ölkədə fəaliyyət göstərmək üçün razılıq əldə edib. 

    “Şirkət Qərbin tətbiq etdiyi sanksiyalar şəraitində aktivləri diversifikasiya etməklə qlobal oyunçuya çevrilmək niyyətindədir. Bunun üçün şirkətin möhkəmlənmək istədiyi Asiya və Orta Şərq ölkələrinin siyahısna fikir vermək olar. Həmçinin, Hindistan və İndoneziya ilə strateji tərəfsdaşlıq razılaşması imzalanıb”, - deyə “GK Forex Club”un baş analitiki Alyona Afanasyeva bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi