"Rosneft": Neft bazarında mübarizə kəskinləşir

"Rosneft": Neft bazarında mübarizə kəskinləşir Ucuz neft qiymətləri dövrü uzunmüddətli olacaq
Energetika
2 İyun , 2017 13:06
Rosneft: Neft bazarında mübarizə kəskinləşir

Bakı. 2 iyun. REPORT.AZ/ "Neft bazarındakı qeyri-müəyyənlik istehlak bazarları uğrunda mübarizəni qızışdırır. Bildirməliyəm ki, hazırda bütün bazar iştirakçıları hasilatı artırmağa və satış bazarları uğrunda mübarizəni gücləndirməkdədir". 

"Report" "Qazeta.ru" saytına istinadən bildirir ki, bu açıqlama Rusiyanın "Rosneft" şirkətinin rəhbəri İqor Seçin tərəfindən Peterburq iqtisadi forumu zamanı verilib.

İ.Seçin həmçinin bildirib ki, neft sektoruna dayanıqlı və uzunmüddətli sabitlik lazımdır. Hazırda bazarda qiymətlərin sabitliyi və mənfi bazar tendensiyalarının qırılmasından söz etmək əsassızdır.

"Rosneft" rəhbəri açıqlamalarında ucuz neft qiymətlərinin uzun müddət qüvvədə olacağını xatırladıb.

Son xəbərlər

Orphus sistemi