“Rosneft”in xalis mənfəəti 15 % azalıb

“Rosneft”in xalis mənfəəti 15 % azalıb Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın ən böyük neft şirkəti - “Rosneft” 591 milyard rubl (təxminən 9,4 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.
Energetika
7 Dekabr , 2022 16:26
“Rosneft”in xalis mənfəəti 15 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiyanın ən böyük neft şirkəti - “Rosneft” 591 milyard rubl (təxminən 9,4 milyard ABŞ dolları) xalis mənfəət əldə edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15 % azdır.

9 ay ərzində şirkət 77,3 milyon ton neft ixrac edib ki, bu da illik müqayisədə 4,8 % çoxdur.

"Rosneft" Almaniyadakı aktivlərinin müsadirə olunması səbəbindən 56 milyard rubl (təxminən 0,9 milyard ABŞ dolları) zərərə uğradığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi