"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlib

"Rosneft"in gəliri 136 milyard ABŞ dollarına yüksəlib Rusiyanın ən böyük neft şirkəti Rosneftin xalis mənfəəti ötən il 2018-ci ilə nisbətən 29% artaraq 708 milyard rubl (təxminən 11,13 milyard ABŞ dolları) olub.
Energetika
19 Fevral , 2020 15:05
Rosneftin gəliri 136 milyard ABŞ dollarına yüksəlib

Rusiyanın ən böyük neft şirkəti "Rosneft"in xalis mənfəəti ötən il 2018-ci ilə nisbətən 29% artaraq 708 milyard rubl (təxminən 11,13 milyard ABŞ dolları) olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, şirkətin xalis mənfəəti ötən ilin 4-cü rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 158 milyard rubla (təxminən 2,48 milyard ABŞ dolları) çatıb.

Hesabat dövründə şirkətin gəliri 5,3% artaraq 8,67 trilyon rubla (təxminən 136 milyard dollar) yüksəlib.

Qeyd edək ki, xam neft istehsalı Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə davam edən razılığa görə, ötən il dəyişməyərək 4,67 milyon barel, təbii qaz istehsalı isə 0,5% azalaraq 67 milyard kubmetrə enib.

Xatırladaq ki, dünyanın ən böyük neft şirkətlərindən biri olan “Rosneft” qlobal neft hasilatının 5%-ni həyata keçirir. Onun 2018-ci ildə xalis mənfəəti illik müqayisədə 150% artaraq 549 milyard rubl (təxminən 8,6 milyard ABŞ dolları) olmuşdu.

Son xəbərlər

Orphus sistemi