“Rosneft” 3 Çin şirkəti ilə müqavilə imzalayıb

“Rosneft” 3 Çin şirkəti ilə müqavilə imzalayıb Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın “Rosneft” neft-qaz şirkəti Çinin “Beijing Gas” şirkəti ilə Rusiyada “Vankorsk UTT” səhmdar cəmiyyətinin bazasında avtomobil qazdoldurma kompressor stansiyaları şəbəkəsinin inşası və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalayıblar.
Energetika
29 Noyabr , 2018 15:33
“Rosneft” 3 Çin şirkəti ilə müqavilə imzalayıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiyanın “Rosneft” neft-qaz şirkəti Çinin “Beijing Gas” şirkəti ilə Rusiyada “Vankorsk UTT” səhmdar cəmiyyətinin bazasında avtomobil qazdoldurma kompressor stansiyaları şəbəkəsinin inşası və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalayıblar.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  bununla bağlı saziş bu gün keçirilən Birinci Rusiya-Çin Energetika Biznes Forumu çərçivəsində imzalanıb.

Sazişin şərtlərinə əsasən, “Beijing Gas” şirkəti 45% paya malik olacaq. Sənədə əsasən, tərəflər Rusiyada 170 ədəd avtomobil qazdoldurma kompressor stansiyaları inşa edəcəklər. Həmçinin mayeləşdirilmiş təbii qazın (LNG) motor yanacağı qismində istifadə edilməsi imkanlarını nəzərdən keçirəcəklər.

Sənəd tərəflərə təbii qazın ekoloji yanacaq qismində istifadəsi sayəsində strateji əməkdaşlığı genişləndirməyə imkan verəcək.

Bundan başqa, forum çərçivəsində “Rosneft” və “Hengli Group” şirkəti arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Bu sənəd tərəflərin Rusiya və Çin ərazisində kəşfiyyat və hasilat, neft emalı və neft-kimya məhsullarının istehsalı sahəsində perspektiv layihələrin potensial əməkdaşlığını, həmçinin neft və neft-kimya məhsullarının ticarətini nəzərdə tutur.

Sənəd “Rosneft”in rəhbəri İqor Seçin və “Hengli Group” şirkətinin prezidenti Çen Tszyanxua tərəfindən imzalanıb.

Bundan başqa, “Rosneft” və Çinin Milli Kimya Korporasiyası (China National Chemical Corporation) neft tədarükü ilə bağlı müqavilə imzalayıblar.

Müqavilə bir il ərzində Kozmino limanından 2,4 mln. ton həcmində BCTO növlü neftin tədarükünü nəzərdə tutur. Müqavilənin imzalanması “Rosneft” üçün strateji olan Çin bazarına neftin birbaşa tədarükünü artırmaq imkanlarını verəcək. Həmçinin neft satışı üçün iqtisadi baxımdan zəmanətli effektiv ixrac kanalını təmin edəcək. 

Son xəbərlər

Orphus sistemi