"Reuters": OPEC+ gündəlik hasilatı 1,3 milyon barel azaldacaq

"Reuters": OPEC+ gündəlik hasilatı 1,3 milyon barel azaldacaq Bakı. 4 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri gündəlik neft hasilatının azı 1,3 milyon barel azaldılmasını nəzərdə tutan saziş üzərində çalışır.
Energetika
4 Dekabr , 2018 16:59
Reuters: OPEC+ gündəlik hasilatı 1,3 milyon barel azaldacaq

Bakı. 4 dekabr. REPORT.AZ/ OPEC+ ölkələri gündəlik neft hasilatının azı 1,3 milyon barel azaldılmasını nəzərdə tutan saziş üzərində çalışır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə danışıqlara bələd olan mənbələr məlumat verib.

“Danışıqlar oktyabr ayının səviyyəsinə nisbətən hasilatı tərəflərdən heç birinə güzəşt etmədən mütənasib qaydada 3-3,5 faiz azaltmağa yönəlib”, – deyə qeyd edən mənbənin sözlərinə görə, hasilatı azaltmaqla bağlı razılaşmanın əldə edilməsinə Rusiyanın mövqeyi təkan verə bilər.

Qeyd edək ki, daha əvvəl “Bloomberg” OPEC+ formatı çərçivəsində Rusiyanın gündəlik hasilatı maksimum 150 min barel azaltmağa hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, 6-7 dekabr tarixlərində Vyanada keçiriləcək OPEC+ nazirlərinin görüşündə 2019-cu ilin neft hasilatı siyasətinə dair qərar verilə bilər.

Son xəbərlər

Orphus sistemi