Azərbaycanda dizel generatorları bazarının 2019-2025-ci illərdə orta hesabla 4,1% artacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə "Research and Markets" tədqiqat mərkəzinin proqnozlarında qeyd olunub.
Qeyd olunur ki, Azərbaycanda neft-qaz sənayesi Bakı Neft Emalı Zavodunun (BNEZ) modernizasiyası, "
Gücü 60 kVA qədər olan dizel generatorları ticarət və sənaye sahələrində qurğuların geniş yayılması səbəbilə bölgənin ümumi bazarında maksimum həcm payını qazanıb. Ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına dövlət sərmayəsinin artması tikinti sənayesində dizel elektrik stansiyalarına tələbatın daha da artmasına səbəb olacaq.
Hesabatda qeyd edilir ki, 2018-ci ildə neft-qaz sənayesində dizel generator qurğularından istifadəsi səbəbilə ümumi bazarda gəlirlərin ən yüksək payı sənaye seqmentindədir. Ölkədə neft-qaz sektorunun güclənməsi Azərbaycanda sənaye müəssisələrinin daha da inkişaf etməsinə səbəb olacaq.
"Research and Markets" tədqiqat mərkəzi Azərbaycanda dizel generatoru bazarının əsas oyunçuları qismində AKSA, "Teksan", "Caterpillar", "Cummins" və digər Çin və Türkiyə brendlərini qeyd edib.