"Report": Neft tədricən bahalaşacaq

"Report": Neft tədricən bahalaşacaq Yay aylarına qədər neftin qiymətinin 60-65 dollar/barelə çatması mümkündür
Energetika
29 Mart , 2017 10:00
Report: Neft tədricən bahalaşacaq

Bakı. 29 mart. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 18-24 mart həftəsində növbəti dəfə artım göstərərək tarixi rekord səviyyəyə çatıb. "Report" Amerika Neft İnstitutunun (API) hesabatına istinadən xəbər verir ki, ABŞ-ın xam neft ehtiyatları 1,91 mln. barel artım göstərib.

Qeyd edək ki, API göstəricisi ABŞ-ın Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EIA) bu gün, martın 29-da Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 1,357 mln. barel artacağını proqnozlaşdırır. Lakin görünən odur ki, neft ehtiyatlarında artım bir qədər çox ola bilər.

"Report"un analitik qrupu bildirir ki, "Brent" markalı neft 50 dollar/barel səviyyəsinə endikdən sonra bir qədər artıb və hazırda 51 dollar/bareldən baha satılır. Buna səbəb kimi OPEC təşkilatının aprel ayında keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzada biləcəyi barədə səsləndirdiyi fikirlər olub.

Analitik qrup neft qiymətlərinin tədricən bu səviyyədən yüksələrək may ayında 60-65 dollar/barelə çatacağını ehtimal edir: "Daha əvvəl də qeyd etdiyimiz kimi, "Brent" markalı neft 50,47 səviyyəsindəki boşluğunu artıq doldurub və yuxarı istiqamətdə hərəkətinə başlamağa hazırdır".

Son xəbərlər

Orphus sistemi