“Azərbaycan, Qazaxıstan və Rusiya ixracının 60-90%-ni, həmçinin ÜDM-nin 30-50%-ni təşkil edən neft-qaz sektorunda istənilən artımdan faydalana bilər”.
"Report" xəbər verir ki, bu barədə "Renaissance Capital"in MDB+ İqtisadi Proqnozunda deyilir.
“Qeyd etmək lazımdır ki, bu ölkələr toplanmış ehtiyatlar sayəsində qlobal artımın zəifləməsi halında belə maliyyə və fiskal stressdən qaçmaq üçün yaxşı imkana malikdir”, - hesabatda deyilir.
Öz növbəsində, Azərbaycan, Qazaxıstan və Özbəkistanın suveren avrobondlar üzrə öhdəliklərinin yerinə yetirilməsi 2024-cü ilə planlaşdırılır.
"Biz Qazaxıstan, Azərbaycan, eləcə də 2023-cü ilə “Moody's” reytinqində yenilənmə ilə başlayan Özbəkistan üçün ortamüddətli artım potensialı görürük", - hesabatda bildirilir.