Yuxarı

Regionda ilk dəfə Azərbaycanda təzyiqlərin idarə olunması ilə qazma texnologiyasının tətbiqinə başlanılıb

​Regionda ilk dəfə Azərbaycanda qazma prosesində yeni texnologiya olan

“Azneft” İstehsalat Birliyinin (İB) Baş direktoru Daşqın İskəndərov, Birliyin, həmçinin SOCAR-ın Kompleks Qazma İşləri Tresti və “Neftqaztikinti” Trestinin rəhbər şəxsləri “Bulla-dəniz” yatağındakı 12 saylı stasionar dəniz özülündə 91 saylı kəşfiyyat quyusunda aparılan qazma və tikinti-quraşdırma işləri ilə tanış olublar.

“Report”un “Azneft”ə istinadən verdiyi xəbərə görə, baş direktor Daşqın İskəndərov bildirib ki, “Bulla-dəniz” və digər yataqlarda quraşdırılan, müasir texnologiyalar əsasında inşa edilən yeni stasionar dəniz özülləri, platformalar, qazma və digər sahələrdə tətbiq edilən yeni texnologiyalar hasilatın artırılmasına öz müsbət təsirini göstərəcək.

Məlumat verilib ki, regionda ilk dəfə olaraq Azərbaycanda qazma prosesində yeni texnologiya olan MPD (təzyiqlərin idarə olunması ilə qazma texnologiyası) sisteminin tətbiqinə başlanılıb. MPD qazma zamanı təhlükələri azaltmaq, quyu bütövlüyünün qorunub saxlanması, dar hidravlik pəncərə şəraitində qazma işlərinin təmin edilməsi və rezervuarın (layın) təmiz saxlanması kimi əsas məqsədlərə nail olmaq üçün aparıcı texnologiyalar sırasındadır. “Bulla-dəniz” yatağı isə dünyada 10 mürəkkəb struktur siyahısına daxil olduğu və həddindən artıq mürəkkəb yataq kimi qəbul edildiyi üçün MPD sisteminin bu yataqda tətbiqi həm də bir zərurətdir. Məhz MPD sistemi vasitəsilə lay təzyiqini idarə etməklə 91 saylı kəşfiyyat quyusunun mürəkkəbləşmə baş vermədən layihə dərinliyinə çatdırılması və bununla da qazma işinin uğurla yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 vertolyot, 4 gəmi yanalma və 4 minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün yaşayış bloku quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi