Rafiq Əliyev: "Təbii qaz tariflərinin dəyişdirilməsi "Azəristiliktəchizat"ın xərclərini artıracaq"

Rafiq Əliyev: "Təbii qaz tariflərinin dəyişdirilməsi "Azəristiliktəchizat"ın xərclərini artıracaq" "Azəristiliktəchizat" ASC-yə satılan qazın tarifinin 13 qəpikdən 17,1 qəpiyə artırılması xərclərimizi artıracaq".
Energetika
12 Noyabr , 2021 15:42
Rafiq Əliyev: Təbii qaz tariflərinin dəyişdirilməsi Azəristiliktəchizatın xərclərini artıracaq

"Azəristiliktəchizat" ASC-yə satılan qazın tarifinin artırılması xərclərimizi artıracaq".

Bunu "Report"a açıqlamasında “Azəristiliktəchizat” Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

R.Əliyev bunun müqabilində əhalidən yığılan istilik haqlarının da artırılıb-artırılmayacağına münasibət bildirib:

"İstilik təchizatının təmin edilməsi ilə bağlı tariflər Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Onun artırılması barədə qərar vermək bizim səlahiyyətimizdə deyil".

R.Əliyevin sözlərinə görə, ASC tərəfindən istilik tariflərinin artırılması barədə Tarif Şurasına müraciət edilməyib.

Xatırladaq ki, Tarif Şurasının qərarı ilə bu ilin noyabrın 1-dən "Azəristiliktəchizat" ASC-yə satılan qazın tarifi 13 qəpikdən 16,5 qəpiyə artırılıb. Eyni zamanda hazırda "Azəristiliktəchizat" tərəfindən göstərilən xidmətlərin tarifi aylıq olaraq əhali üzrə 1 kvadratmetr yaşayış sahəsi üçün 15 qəpik, qeyri-əhali üzrə 1 kubmetr isidilən həcm üçün 25 qəpik təşkil edir.

Son xəbərlər

Orphus sistemi