​Qusarın iki kəndinə ilk dəfə qaz verilib

​Qusarın iki kəndinə ilk dəfə qaz verilib Ümumilikdə, 261 abonent qazla təmin olunub
Energetika
2 Avqust , 2016 16:58
​Qusarın iki kəndinə ilk dəfə qaz verilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Qusar rayonunun daha iki kəndinə ilk dəfə təbii qaz verib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 261 abonenti olan Ləcət və Yuxarı Tahircal kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 33 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi