Yuxarı

​Qusar rayonunun Suduroba kəndinə ilk dəfə qaz verilib

Kəndin 68 abonenti təbii qazla təmin olunub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Qusar rayonunun Suduroba kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib.

"Report" Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, 68 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 4 270 metr uzunluğunda müxtəlif diametrli polietilen və 5 801 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 68 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi