Qubanın bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq

Qubanın bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq Bu gün səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.
Energetika
30 Sentyabr , 2019 09:56
Qubanın bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq

Bu gün səhər saat 09:30-dan Quba şəhəri, M.Əcəmi küçəsində yeni çəkilmiş qaz xətti qaz təchizatı mənbəyinə birləşdiriləcək.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Alekseyevka kəndində isə qaz xətlərində aşkar olunmuş qaz sızmaları ləğv olunacaq.

Bundan başqa, Quba şəhəri, H.Əliyev prospekti ünvanında və rayonun 2-ci Nügədi kəndində abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yeri dəyişdiriləcək. Ona görə də rayonun mərkəzi və bir neçə yaşayış məntəqəsində qazın verilişində fasilələr olacaq.

Son xəbərlər

Orphus sistemi