Yuxarı

Qubanın altı kəndinə qaz verilib - VİDEO - YENİLƏNİB

​Qubanın altı kəndinə qaz verilib

Video əlavə olunub


*** 14:17

Bu gün Quba rayonunun 6 kəndinə "mavi yanacaq" verilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu münasibətlə Qonaqkənd kəndində təşkil olunan tədbirdə Quba rayonunun İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, millət vəkili Vahid Əhmədov və digər qonaqlar, sakinlər iştirak ediblər.

“Azəriqaz”ın baş direktoru Ruslan Əliyev çıxışında qeyd edib ki, bölgələrdə aparılan qazlaşma işləri Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Məhz dövlət başçısının tapşırıqları əsasında ölkənin hər yerində, o cümlədən Qubanın ucqar kəndlərində də qaz çəkilişləri yüksək səviyyədə icra olunur.

Qeyd edək ki, Quba rayonunun 6 kəndində ümumilikdə 948 fərdi evə qaz çəkilişi başa çatıb. Kunxırt kəndində 51, Xırt kəndində 21, Atuc kəndində 3, Qonaqkənd kəndində 274, Təngəaltı kəndində 383, Afurca kəndində isə 209 evə fərdi qaz tənzimləyici və məişət tipli qaz sayğacları quraşdırılıb. Görülən işlər bu il üçün qəbul edilmiş regionlarda qazlaşdırma işlərinin sürətləndirilməsinə dair dövlət proqramı əsasında həyata keçirilib. Ümumilikdə, 114 300 metrdən çox müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi