Qubalılar bir sıra kəndlərin, yaşayış massivlərinin qazlaşdırılmasını xahiş edib

Qubalılar bir sıra kəndlərin, yaşayış massivlərinin qazlaşdırılmasını xahiş edib ""Azəriqaz" İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində konkret addımlar atır və bu işlər bundan sonra da davam edəcək.
Energetika
16 May , 2022 17:07
Qubalılar bir sıra kəndlərin, yaşayış massivlərinin qazlaşdırılmasını xahiş edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində konkret addımlar atır və bu işlər bundan sonra da davam edəcək.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu sözləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq mikrofon" aksiyası çərçivəsində Quba rayonunda keçirilən görüş zamanı bildirib.

Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Azər Abasov daxil olan çox saylı müraciətlərin "Açıq mikrofon" aksiyasının bu ünvanda təşkil olunduğunu bildirərək, vətəndaşları yaradılan bu şəraitdən yararlanmağa çağırıb. Quba rayonunun Bağçalı, Qalagah, Məçkə-xacə, Fırıq, Yekdar, İdrisqışlaq kəndlərinin sakinləri problem və təkliflərini səsləndiriblər.

Sakinlər “mavi yanacaq” olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək təbii qazla təmin olunmalarını xahiş ediblər. Aksiyaya Quba sakinləri ilə yanaşı, Xaçmaz rayonunun Əhmədoba, Hacıəhmədoba və digər kəndlərinin sakinləri də üz tutublar. Onlar da bir sıra kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılmasını xahiş ediblər.

"Səyyar qəbul otağı"nın imkanlarından, həmçinin sahibkarlar da yararlanıblar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Famil Mikayılov və Qulu Rzayev istehlak edilən təbii qaza görə yaranan debitor borcun ödənilməsi üçün müəyyən qədər vaxt verilməsini xahiş ediblər.

Daxil olan bir sıra müraciətin yerindəcə həllinə dair tapşırıq verilib. Məlumat üçün bildirək ki, görüşdə "Azəriqaz" İB-nin məsul şəxsləri ilə yanaşı, müvafiq qurumların rəsmiləri də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi