Yuxarı

Quba və Ağcabədi rayonlarının 3 kəndinə ilk dəfə təbii qaz verilib

Tədbirlərdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Quba və Ağcabədi rayonlarının daha 3 kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Quba rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 269 abonenti olan Püstəqasım kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 36 279 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Ağcabədi rayonunun Qaradolaq və Mehrablı kəndlərinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə vurğulanıb ki, ümumilikdə 869 abonenti olan həmin kəndlərin qazlaşdırılması zamanı 56 673 metr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi