Qobustanda 35 yeni abonentə qaz verilib

Qobustanda 35 yeni abonentə qaz verilib Tikinti-quraşdırma işləri başa çatdırılmış Qobustan rayonunun yeni yaşayış massivlərindən birinə bu gün təbii qaz verilib.
Energetika
30 Avqust , 2019 14:47
Qobustanda 35 yeni abonentə qaz verilib

Tikinti-quraşdırma işləri başa çatdırılmış Qobustan rayonunun yeni yaşayış massivlərindən birinə bu gün təbii qaz verilib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, 35 abonentin qazla təchizatı üçün müxtəlif diametrli qaz kəmərləri çəkilib, qaz sayğacları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi