Yuxarı

Qobustan Regional Təlim Mərkəzində təlim kursu keçirilib

Təlim 3 qrupdan ibarət 29 nəfərlik mühəndis-texniki heyəti üçün keçirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində Şotlandiyanın Aberdin Qazma Məktəbinin təşkilatçılığı ilə “Qazma zamanı təzahür və atqıların qarşısının alınması” mövzusunda kurs keçirilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təlim Kompleks qazma işləri trestinin 3 qrupdan ibarət 29 nəfərlik mühəndis-texniki heyəti üçün keçirilib.

"Beynəlxalq Qazma Podratçıları Assosiasiyası tərəfindən akkreditə edilmiş təlim kursu mühəndis-texniki heyətə zəruri bilik və vərdişlərin aşılanması yolu ilə qazma əməliyyatlarının daha təhlükəsiz və səmərəli yerinə yetirilməsinə yönəlib. Kursda xüsusi tədris metodikası vasitəsi ilə təzahür və atqının səbəbləri, təzahürlərin əlamət və göstəriciləri, quyunun hermetikləşdirmə üsulları, quyunu boğmaq üçün lazımi məlumatlar, boğma, atqıya qarşı avadanlıq, trenajordan istifadə qaydaları dinləyicilərin diqqətinə çatdırılıb"-, məlumatda qeyd olunub.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi