Qlobal Mədən Sənayesi Şəffaflıq Təşəbbüsünün İdarə Heyətinə seçkilər keçirilib

Qlobal Mədən Sənayesi Şəffaflıq Təşəbbüsünün İdarə Heyətinə seçkilər keçirilib ARDNF-ın icraçı direktoru Şahmar Mövsümovun da namizəd olduğu seçkilərdə Ukraynalı namizəd qalib olub
Energetika
13 Fevral , 2016 20:52
Qlobal Mədən Sənayesi Şəffaflıq Təşəbbüsünün İdarə Heyətinə seçkilər keçirilib

Bakı. 13 fevral. REPORT.AZ/ Qlobal Mədən Sənayesi Şəffaflıq Təşəbbüsünün (EITI) İdarə Heyətinə seçkilər keçirilib. “Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, sənədlərin qəbulu yanvarın 23-nə qədər davam edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun da namizəd olduğu seçkilərin nəticəsinə görə, Ukraynalı namizəd qalib olub.

Nəticələrə görə, EITI-nin İdarə Heyətinin əsas üzvü kimi Ukraynalı deputat Olqa Bilekova (Olga Bilekova) və onun əvəzedicisi kimi isə Qazaxstanın İnvestisiya və İnkişaf Nazirliyinin Geologiya və yeraltı sərvətlər Komitəsinin sədri Bazarbay Nurabayev Kanaeviç (Nurabaev Bazarbai Kanaevich) seçilib.

Seçkilərdə 11 səs yığan Ş. Mövsümovun əsas rəqibləri olan O. Bilekova 19 səs, B.N. Kanaeviç isə 14 səs yığıb.

Qeyd edək ki, ARDNF-nin icraçı direktorunun namizədliyi qurumun Avrasiya və Yaxın Şərq və Şimali Afrika (Eurasia/MENA) regionundan irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi