İnvestorların makroiqtisadi narahatlıqları fonunda dünya bazarında neftin qiyməti 2 %-dən çox azalıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 2,10 % ucuzlaşaraq 1 bareli 94,56 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 2,09 % aşağı düşərək 1 bareli 88,61 ABŞ dolları təşkil edib.
Bir çox analitiklər ABŞ-da monetar siyasətin sərtləşdirilməsinin ölkədə iqtisadi artımı ləngidəcəyindən narahatdır. Bu isə qlobal miqyasda makroiqtisadi göstəricilərə, o cümlədən xammala olan tələbə mənfi təsir göstərəcək.
Güclənmiş makroiqtisadi narahatlıqlar fonunda dünya bazarında neftin qiyməti cüzi azalıb.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,43 % ucuzlaşaraq 1 bareli 96,17 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,42 % aşağı düşərək 1 bareli 90,12 ABŞ dolları təşkil edib.