Qlobal elektrik istehsalında 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrin payı 50%-ə çatacaq

Qlobal elektrik istehsalında 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrin payı 50%-ə çatacaq Qlobal elektrik istehsalı 2040-cı ildə keçən ilə görə 45,4% artaraq 38,7 milyard meqavat/saata çatacağı proqnozlaşdırılır.
Energetika
13 Noyabr , 2019 12:51
Qlobal elektrik istehsalında 2040-cı ilə qədər bərpa olunan enerji mənbələrin payı 50%-ə çatacaq

Qlobal elektrik istehsalı 2040-cı ildə keçən ilə görə 45,4% artaraq 38,7 milyard meqavat/saata çatacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Dünya Enerji Outlook 2019" hesabatında məlumat verilib.

Məlumata görə, 2040-cı ildə qlobal elektrik enerji tələbatı keçən ilə görə 50% artaraq 34,5 mlrd meqavat/saata çatacaq.

Qlobal elektrik enerjisinə olan tələbatda Asiya-Sakit Okean bölgəsi 18 mlrd meqavat/saatla I yerdə, sonrakı pillədə 5,6 meqavat/saatla Şimali Amerika qərarlaşacaq.

Hesabat dövründə bərpa olunan enerji mənbələrindən 26 mlrd meqavat/saat enerji istehsal olunacaq və ümumi istehsaldakı payı 50%-ə çatacaq.

Proqnozlara görə, bərpa olunan enerji mənbələri içində külək və günəş elektrik stansiyalarından 15,5 milyard meqavat/saat, su elektrik stansiyalarından isə 6,9 milyard meqavat/saat elektrik enerjisi təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi