Yuxarı

Qırmızı körpü-Marneuli qaz kəmərinin təmiri fevralda başa çatacaq

Təmir-bərpa işlərinin görülməsinə 2 mln. dollar ayrılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Gürcüstanın Qırmızı körpü-Marneuli magistral qaz boru kəmərinin 25-ci km sahəsində təmir-bərpa işlərinin bu ilin fevral ayında bitirilməsi planlaşdırılır.

"Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) təmir üzrə işləri tam həcmlə aparır. Məlumata əsasən, bu günə planlaşdırılmış işlərin 57%-i görülüb. 

Ötən ilin iyun ayında tikinti şirkəti və Gürcüstan Neft və Qaz Korporasiyası arasında bağlanılan müqavilənin dəyəri 3,85 mln. lari (2 mln. dollardan artıq) təşkil edir. 

Layihənin həyata keçirilməsi üçün GOGC "Konfortmşen XXI" şirkətinə ümumi dəyəri təxminən 4,5 mln. lari olan (2,4 mln. dollar) boru və digər tikinti materialları verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi