Qırğızıstan Rusiyadan qaz güzəşti istədi

Qırğızıstan Rusiyadan qaz güzəşti istədi Qırğızıstan Rusiyadan aldığı təbii qazın qiymətində güzəşt etməsi üçün qarşı tərəfə müraciət edib.
Energetika
15 May , 2020 15:16
Qırğızıstan Rusiyadan qaz güzəşti istədi

Qırğızıstan Rusiyadan aldığı təbii qazın qiymətində güzəşt etməsi üçün qarşı tərəfə müraciət edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Enerji, Sənaye, Mədənçilik Komitəsinin sədri Emil Osmonbetov məlumat verib.

O, qiymətin hazırkı 170 ABŞ dollarından 150 ABŞ dollarına qədər aşağı salınmasını istədiklərini deyib. 

Komitə sədri koronavirus (COVID-19) pandemiyası və bir sıra başqa amillərlə bağlı ölkənin üzləşdiyi çətinliklər, o cümlədən ABŞ dollarının məzənnəsinin artması üzündən bahalaşan təbii qazdan istifadəni dayandıra biləcəklərini də diqqətə çatdırıb.

Hazırda Qırğızıstanı təbii qazla “Gazprom Kyrgyzstan” şirkəti təmin edir.

Son xəbərlər

Orphus sistemi