Qəzaların baş verməsinin qarşısını almaq məqsədi ilə "Azneft"in istehsalat sahələrində mütəmadi yoxlamalar keçiriləcək

Qəzaların baş verməsinin qarşısını almaq məqsədi ilə "Azneft"in istehsalat sahələrində mütəmadi yoxlamalar keçiriləcək "Azneft"də zərərli istehsalat amillərinin minimuma endirilməsi məsələləri müzakirə olunub
Energetika
28 Aprel , 2016 13:52
Qəzaların baş verməsinin qarşısını almaq məqsədi ilə Azneftin istehsalat sahələrində mütəmadi yoxlamalar keçiriləcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) 2016-cı ilin birinci rübü ərzində zərərli istehsalat amillərinin minimuma endirilməsinə dair iclas keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, Birliyin baş direktoru Daşqın İskəndərov iclası giriş sözü ilə açaraq, bu ilin I rübündə istehsalat sahələrində neftçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışıb, bu istiqamətdə mütəmadi aparılan tədbirlərin daim diqqət mərkəzində olduğunu qeyd edib.

Bildirilib ki, zərərli istehsalat amillərinin ətraf mühitə və insan sağlamlığına təsirinin minimuma endirilməsi ilə əlaqədar beynəlxalq standartların tələblərinə cavab verən yeni avadanlıqlar, qurğular alınır və istehsalat sahələrində tətbiq edilir. Baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov əməyin mühafizəsi sahəsində görülən işlər haqqında hesabatla çıxış edib, struktur vahidlərində mütəmadi yoxlamaların aparıldığını, aşkar olunmuş nöqsan və pozuntu hallarının qısa zamanda aradan qaldırıldığını qeyd edib.

Baş direktorun ekologiya üzrə müavini Faiq Cəfərov hesabat dövründə ətraf mühitin mühafizəsi, o cümlədən lay sularının qapalı sistemdə utilizasiyası, neftlə çirklənmiş torpaqların təmizlənməsi, mədən ərazilərinin abadlaşdırılması, bərk məişət tullantılarının zərərsizləşdirilməsi, qapalı yuma qurğularının quraşdırılması, dəniz neftçilərin su təminatının yaxşılaşdırılması və neft-mədən ərazilərində yaşıllıqların salınması sahəsində görülən işlərdən danışıb.

Baş direktor D.İskəndərov yekunda "Azneft” İB-də keyfiyyətli idarəetmə sisteminə keçidin, təhlükəsiz iş şəraitinin yaradılması məsələsinin vacibliyini vurğulayıb. O, qəzaların baş verməsinin qarşısını almaq məqsədi ilə istehsalat sahələrində mütəmadi yoxlamaların keçiriləcəyini bildirib, mümkün qəzalar zamanı işçilərin idarə edilməsi istiqamətində bütün lazımi maarifləndirici tədbirlərin, praktiki təlimlərin keçirilməsi ilə əlaqədar konkret tövsiyə və tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi